Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi bələdiyyələri Bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmləndirilməsi istiqamətində müzakirələr apardılar

31 oktyabr 2016 | 11:00

2016-cı ilin oktyabr ayının 31-dən noyabr ayının 5-dək “Azərbaycanda Yerli Demokratiya Həftəsi” start götürüb.
“Çox mədəniyyətli cəmiyyətlərdə birgə yaşayış: hörmət, dialoq, qarşılıqlı əlaqə” adı altında həyata keçirilən aksiyada ölkəmizin bütün bələdiyyələri ilə yanaşı, Binəqədi bələdiyyələri də aktiv iştirak etməyi planlaşdırır. Elə bu məqsədlə də Binəqədi rayonunda fəaliyyət göstərən 5 bələdiyyə oktyabr ayının 31-də bir araya gəldilər.
Seçicilərin yerli əhəmiyyətli məsələlərlə bağlı problemlərinin həll edilməsi, vətəndaş-bələdiyyə, bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmləndirilməsi, vətəndaşların bələdiyyələrin fəaliyyətində iştirakının təmin edilməsi, onların müraciətlərinə operativ və əsaslı baxılması və digər bu kimi mühüm məsələləri özündə birləşdirən aksiya çərçivəsində seçicilərlə açıq və qapalı məkanlarda görüşlərin keçirilməsi, əhalinin sıx toplaşdığı məkanlarda “poçt qutu”larının yerləşdirilməsi və bu kimi çoxsaylı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Keçirilən görüşdə çıxış edən bələdiyyə sədrləri “Həftə”nin əhəmiyyətindən, bələdiyyə-vətəndaş münasibətlərinin əsaslı və düzgün qurulmasında bələdiyyənin rolundan danışdılar.
İclasda Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları və  bələdiyyə sədrləri, sədr müavinləri, eyni zamanda bələdiyyələrdə yeni yaradılmış “İctimai-Humanitar” sektorların müdirləri iştirak etdilər.

Keçidlər