Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirildi

01 noyabr 2016 | 11:00

Noyabrın 1-də Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Respublika Veteranları Şurasının üzvləri ilə 83 saylı məktəb-liseyin müəllim və şagird kollektivinin görüşü keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Respublika Veteranlar Şurasının Hərbi Vətənpərvərlik şöbəsinin müdiri Adil Haqverdiyev, təşkilatın üzvü “Azərbaycan Veteranı” qəzetinin əməkdaşı Nəbi Hacıyev və Respublika Veteranlar təşkilatının rayon şöbəsinin müdiri Telman Hətəmov iştirak etdilər.
Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilən tədbir zamanı məktəblilərə vətənin keşiyində durmağın şərəf borcu olması, gələcəkdə hər hansı bir peşənin mahir bilicisi olmaq üçün savadlarının artırılmasının vacibliyi və milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə məsələləri aşılandı.

Keçidlər