Şriftin ölçüsü :

Saytın rəngi :

Xocasəndə yeni idman meydançası istifadəyə verildi

05 mart 2013 | 11:00

Bakı şəhəri və onun qəsəbələrinin sosial iqtisadi inkişafı üzrə “Dövlət proqramı” çərçivəsində 04 mart 2013-cü il tarixdə  Xocasən qəsəbəsində inşa olunmuş futbol meydançasının  açılış mərasimi keçirildi. 5 Mart Bədən Tərbiyəsi və İdman gününə həsr olunmuş açılış mərasiminə qəsəbə sakinləri, idmançılar və məşqçilər qatılıblar.
Tədbirdə Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov idmançıları və sakinləri təbrik edərək  idman meydançasından  istifadə edən gənclər və qəsəbə sakinlərinə öz fiziki sağlamlıqlarının qorumaq üçün gözəl fürsət əldə etdiklərini söylədilər.
İdman meydançası 0,55 hektar ərazidə inşa olunub. Meydança hərəsində 63 oturacaq olan iki tribunadan ibarətdir. Meydançanın ətrafında eni 3 metr, uzunluğu 65 metr olan iki qaçış zolağı var. İdman obyektində, həmçinin soyunub-geyinmə otağı, beş düş kabinəsi, kombi sistemi üçün otaq və su anbarı fəaliyyət göstərir. Meydançanın ətrafında yaşıllıq zolağı salınıb və 250-dək şam ağacı əkilib.
Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri Fuad Hacıyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov iştirak ediblər.
Açılış mərasimindən sonra Binəqədi Rayon məktəblilərinin XXV Spartakiadasının Proqramına daxil olan futbol birinciliyinə start verilmişdir.

Keçidlər