Binəqədi rayonunda “Yanğın təhlükəsizliyinin təmin olunmasında FHN Bakı Regional Mərkəzi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda tədbir keçirildi
2 noyabr tarixində Binəqədi rayonunda “Yanğın təhlükəsizliyinin təmin olunmasında FHN Bakı Regional Mərkəzi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və rayonun idarə-müəssisələrin rəhbərləri və təsərrüfat işləri üzrə müavinləri iştirak etdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov tədbiri giriş sözü ilə açaraq baş verən yanğın faciələrinin qarşısının alınması üçün əhalinin maariflənməsinə böyük ehtiyac olduğunu vurğuladı.
Daha sonra tədbir Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin Operativ reaksiyavermə və əməliyyat- planlaşdırma İdarəsinin rəisi polkovnik Vaqif Teymurov, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin təlimatçısı Nizami Fərəcov, Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bölmə rəisi Tahir Xasıyev, Rayon Enerji Təchizatı və Satışı İdarəsinin mühəndisi Səməd Hüseynov, Bakı Regional Qaz İstismarı Departamentinin Binəqədi rayonu üzrə texniki İstismar xidmətinin rəisi Qoşqar Məhərrəmov, Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Azər Məmmədov və Binəqədi rayonu 16 saylı Təci Tibb Yardım Stansiyasının baş həkimi Hikmət Əhmədovun “Yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları”; “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları”; “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”; “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”; “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti: görülən işlər və mövcud problemlər”; “Yanğın zamanı ilkin tibbi yardım” mövzuları ətrafında çıxış və müzakirələri ilə davam etdirildi.