Binəqədi rayonunda 2016-cı ilin oktyabr ayı ərzində aparılan abadlıq-quruculuq işləri haqqında məlumat
Binəqədi rayonu ərazisində 2016-cı ilin oktyabr ayında əhalinin su və kanalizasiya sahəsində mövcud olan problemlərinin aradan qaldırılması məqsədilə 94 p/m müxtəlif diametrli su xətti quraşdırılıb və ya təmir olunub, 313 ünvanda su xətlərində qəzaların qarşısı alınıb, 71 p/m kanalizasiya xətti dəyişdirilib, 3980 p/m kanalizasiya xətti təmizlənib, 554 ünvanda kanalizasiya qəzalarının qarşısı alınıb.
16 ədəd açıq tipli sızma aradan qaldırılıb, Binəqədi TXİ QTŞ-lərə 767 texniki baxış keçirilib və 451 dəfə ərazinin müxtəlif yerlərində tənzimləmə işləri aparılıb.
Azadlıq prospektində PE315 mm-lik qaz xətti istismara verilib. 7-ci mikrorayonda d 159 mm, L=470 m istilik xətti dəyişdirilib.
Yaşayış binalarının aşağı paylayıcı xətlərində PVC d-75 mm-lik 4 ədəd ventil, d-63 mm-lik 3 ədəd ventil, d-32 mm-lik 8 ədəd ventil yenisi ilə əvəz olunub. PVC d-75 mm-lik 5 metr boru, d-32 mm-lik 12 metr boru dəyişdirilib.
Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsində yerləşən 205 saylı məktəbi istiliklə təmin edən M-21/205 modul qazanxanasını qazla təmin etmək üçün d=57 mm diametrli 375 p/m yeni qaz xətti çəkilib, qazıntı yerləri asfalt örtüyü ilə bərpa olunub.
Vidadi küçəsi 6 ünvanında yerləşən 316 saylı qazanxananın bir ədəd şəbəkə nasosu, Natəvan 13 ünvanında yerləşən 275 saylı qazanxananın bir ədəd qidalandırıcı nasosu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68-də yerləşən 253 saylı qazanxanada bir ədəd su yumşaldıcı qurğu təmir olunub.
Hal-hazırda TM 307-də Ş.Rəhimov 51 saylı binaya yeni 0,4 kV-luq kabel xətti, NAYY 4x185 mm L=210 metr F.Rüstəmov küçəsində 30 ailə üçün yeni “SİP” kabel xətti çəkilir.
7-ci mikrorayon 546 saylı TM-də 0,4 kV-luq PQ-da köhnə avadanlıqlar yenisi ilə əvəz olunub.
Hal-hazırda 7-ci mikrorayonda bina 3 və 8-ci mikrorayonda bina 7-də yeni kabel xəttinin çəkilişi davam etdirilir.
Azadlıq prospektində ikinci yolun yenidənqurulması işləri davam etdirilib.
K.Rəhimov küçəsi 53, S.Məmmədov küçəsi 207, 209 saylı 23 girişli binaların təmiri davam etdirilib. Eyni zamanda Z.Bünyadov prospekti 9/5 saylı binanın su axıdıcı boruların yenisi ilə əvəz edilib. 7-ci mikrorayon, A.Kunanbayev küçəsi 9/25 saylı binanın yan fasadı əsaslı təmir edilərək rənglənib.
61000 kv.m yaşıllıq zolağı MKİS-lər tərəfindən biçilib və mütamadi suvarılıb. Tutumu 1000 litr olan 978 konteynerdən təmirə ehtiyacı olan 302 ədədinin təkəri yenisi ilə əvəz edilib.
22 binanın və xüsusi olaraq, sakinlərin müraciəti əsasında əlavə olaraq 10 binanın zirzəmisində sanitar təmizlik və dezinfeksiya işləri aparılıb.
6, 7, 8, 9-cu mikrorayonda məhəllədaxili işıq xətləri və dirəklərində cari təmir işləri aparılıb. Bu məqsədlə ümumilikdə 185 ədəd lampa dəyişdirilib.
Mikrorayonlar və Biləcəri qəsəbəsində 205 metr yanmış kabel dəyişdirilib.
6, 7, 8, 9-cu mikrorayonlarda yerləşən binaların 95 girişində 20 ədəd şkaf sökülərək, pilləkənlərdə sakinlərin sərbəst hərəkətləri təmin edilib.
6, 8, 9-cu mikrorayonlarda olan yaşayış evlərində sərnişin liftlərinin payız-qış mövsümündə fasiləsiz işləməsini təmin etmək üçün oktyabr ayında 103 liftə texniki baxış keçirilib.
Yaşayış evlərinin zirzəmilərində ay ərzində 203 p/m kanalizasiya xətti, 54 p/m su xətti dəyişdirilib.
Mənzillərdə baş verə biləcək yanğın, partlayış hallarının qarşısını almaq məqsədi ilə ay ərzində 198 mənzildə tüstü və hava kanalları təmizlənib.
Rayon ərazisində mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri aparılıb, quru ağaclar təmizlənib, yeni əkilən və çoxillik güllərə qulluq göstərilib və hamısı vaxtaşırı suvarılıb.