Şriftin ölçüsü :

Saytın rəngi :

“Multikultural dəyərlərin inkişafında bələdiyyələrin rolu” mövzusunda tədbir keçirildi

03 noyabr 2016 | 11:00

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin və Bələdiyyələrin Milli Assossiasiyalarının tövsiyyələrinə uyğun olaraq, “Çoxmədəniyyətli cəmiyyətlərdə birgə yaşayış: hörmət, dialoq, qarşılıqlı əlaqə” mövzusunda “Yerli demokratiya həftəsi” çərçivəsində Binəqədi rayonunda çoxsaylı tədbirlər keçirilir.
Rayonda fəaliyyət göstərən beş bələdiyyədə bu istiqamətdə Tədbirlər Planı hazırlanmış və vətəndaşlarımızın fəal iştirakı təmin edilməkdədir.  Noyabrın 3-də Binəqədi qəsəbə bələdiyyəsinin ev sahibliyi etdiyi “Multikultural dəyərlərin inkişafında bələdiyyələrin rolu” mövzusundakı tədbir də bunun davamıdır.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü Kamran Bayramov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, Latviya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyətli səfiri Yuris Maklakovsk, Litva Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyətli səfiri Valdes Laskauskas, Estoniya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili, İndrek Krivek, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assossiasiyasının sədri Cənab Hümbət Hüseynov, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossiasiyasının icraçı katibi Tofiq Həsənov, Qaraçuxur bələdiyyəsinin sədr müavini, “Bələdiyyə Qadınları İctimai Birliyinin sədri xanım Lyudmila Xəlilova iştirak etdilər.
Tədbirdən əvvəl qonaqlar və tədbir iştirakçıları Binəqədi qəsəbə Mərkəzi Mədəniyyət Evinin foyesində təşkil edilmiş sərgi və orada sərgilənən əsərlər barəsində qonaqlara ətraflı məlumat verildi.
Tədbiri giriş sözü ilə açan Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva Yerli Demokratiya Həftəsi haqqında geniş məlumat verdi, Binəqədi rayonunda bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açdı.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin üzvü Kamran Bayramov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Latviya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyətli səfiri Yuris Maklakovsk, Litva Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyətli səfiri Valdes Laskauskas, Estoniya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili İndrek Krivek, Qaraçuxur bələdiyyəsinin sədr müavini, “Bələdiyyə Qadınları İctimai Birliyinin sədri xanım Lyudmila Xəlilova  çıxışlarında Azərbaycanda dövlət siyasətinin tərkibi kimi həyata keçirilən multikulturalizm siyasəti haqqında geniş fikir mübadiləsi apardılar.

 

Keçidlər