Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu ərazisində mənzillərin tüstü-bacalarının profilaktik təmizlənməsi istiqamətində işlər mütəmadi olaraq davam etdirilir

04 noyabr 2016 | 11:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə qaydaları"nda, bu yanacaq növündən istifadə edən istehlakçılar əsas olaraq, müvafiq paylayıcısı ilə bağlanmış müqavilə əsasında qazla təmin edilir.
Hazırki qanunvericiliyin tələblərinə uyğun olaraq hər il iki dəfə bütün mənzillərdə texniki baxış keçirilməli və lazımı tədbirlər görülməlidir.
Bununla əlaqədar olaraq, Binəqədi rayonu ərazisində mənzillərin tüstü-bacalarının profilaktik təmizlənməsi istiqamətində işlər mütəmadi olaraq davam etdirilir. Belə ki, A.Kunanbayev küçəsində yerləşən mənzillərdə tüstü-bacalarının profilaktik təmizlənməsi işləri həyata keçirildi.

Keçidlər