Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2016-cı ilin oktyabr ayında daxil olan müraciətlər haqqında hesabat

04 noyabr 2016 | 11:00

2016-cı ilin oktyabr ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyəti Sakinlərin Müraciət Xidmətində (1646) cavablandırılan zənglərin sayı 5490, birbaşa cavablandırılan zənglərin sayı 4618, yaradılan əks əlaqələrin sayı 1022, günlük orta zəng sayı 177, tərtib edilən şikayət vərəqələrinin sayı 872 olub.
Şikayət xarakterli müraciətin 872-nin  icrası təmin edilib, o cümlədən  677-si və ya 77,6 %-i tam,  77-si və ya 8,8 %-i qismən,  118-i və ya 13,5 %-nə müvafiq izahat verilərək həll edilib.
Oktyabr ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin  401-i və ya  46 %-i qaz təchizatı,  246-sı və ya 28,2 %-i su-kanalizasiya, 102-si və ya 11,7 %-i sakinləri narahat edən digər məsələlər,  65-i və ya 7,5 %-i lift problemləri,  28-i  və ya 3,2 %-i elektrik təchizatı ilə bağlı,  13-ü və ya 1,5 %-i küçələrin işıqlandırılması idarəsi, 10-u və ya 1,2 %-i məişət tullantıları ilə əlaqədar, 7 -si və  ya 0,8 %-i yaşıllaşdırma idarəsi ilə əlaqədar olub.
Xidmətə ay ərzində 43 təşəkkürlər müraciəti daxil olub.

Keçidlər