Binəqədi rayonunda “Dövrümüzün bəlasına çevrilmiş ağır yoluxucu xəstəliklərlə mübarizə” layihəsi çərçivəsində məktəblilər arasında maarifləndirici tədbir keçirildi
Noyabrın 4-də Binəqədi rayonunda “Dövrümüzün bəlasına çevrilmiş ağır yoluxucu xəstəliklərlə mübarizə” layihəsi çərçivəsində məktəblilər arasında maarifləndirici tədbir keçirildi.
135 nömrəli orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi rayon bələdiyyəsinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Rayon bələdiyyəsinin İctimai-humanitar sektor müdiri İradə Mustafayeva, “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin sədri Fikrət Xəlilov, təşkilatın üzvləri, həkim-ekspert Solmaz Mirzəyeva və həmin məktəbin IX-X sinif şagirdləri iştirak etdilər.
QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən tədbirdə məktəblilərə sağlam həyat tərzi, zərərli vərdişlərin fəsadları və yoluxucu xəstəliklərdən qorunmanın yolları barədə təlimatlar verildi.