Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində Binəqədi bələdiyyəsinin “Biz Gələcəyik” adlı layihəsi həyata keçirildi

05 noyabr 2016 | 11:00

4 noyabr 2016-cı il tarixdə “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində Binəqədi rayonu Binəqədi bələdiyyəsinin “Biz Gələcəyik” adlı növbəti layihəsi həyata keçirildi.
Layihə çərçivəsində Bələdiyyənin idarəetməsi məktəblilərə həvalə edildi. Layihədə əsas məqsəd məktəblilərdə hələ aşağı siniflərdən liderlik keyfiyyətlərinin aşılanması, yerli özünüidarəetmə anlayışının formalaşdırılması, eyni zamanda bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə  əlaqələrinin möhkəmləndirilməsi oldu. 
Gün ərzində Bələdiyyənin müvafiq şöbə və sektorları ilə tanış olan məktəblilər bələdiyyə qulluqçularının  və bələdiyyə üzvlərinin vəzifələrini icra etdilər.

 

Keçidlər