Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu, 100 saylı tam orta məktəbdə “Multikulturalizm ili” çərçivəsində Həyat bilgisi fənnindən açıq məşğələ keçirildi

07 noyabr 2016 | 11:00

4 noyabr tarixində Binəqədi rayonu, 100 saylı tam orta məktəbdə  “Multikulturalizm ili” çərçivəsində Həyat bilgisi fənnindən açıq məşğələ keçirildi.
Şagirdlərin çıxışlarında Multikulturalizm - mədəni müxtəlifliyin qorunub saxlanması siyasəti, demokratik dövlətin vahid dövlət və cəmiyyətdə müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsinə, dinc yanaşı yaşamasına, tolerantlığa yönəlmiş konsepsiya olduğu diqqətə çatdırıldı.
Göstərilən obrazlarda ölkədə müxtəlif xalqların, mədəniyyətlərin və dinlərin sərbəst fəaliyyəti üçün tam şərait yarandığı əks edildi. O cümlədən, Azərbaycan cəmiyyətindəki unikal dözümlülük, tolerantlıq, mədəniyyətlərarası dialoq mühiti multikulturalizmin inkişaf modeli kimi dünyanın diqqətini cəlb edilməsi və Azərbaycanın multikulturalizm modelinin humanizm, tolerantlıq prinsiplərinə əsaslanması birmənalı olaraq qəbul ediliməsi məsələləri də şagirdlərin obrazlarında nümayiş etdirildi.

Keçidlər