Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa yazı müsabiqəsi keçirildi

07 noyabr 2016 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Bakı Humanitar Kollecinin təşkilatçılığı ilə 2 noyabr 2016-cı il tarixdə Binəqədi rayonu Gənclər evində 9 Noyabr – “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Daima zirvələrdə dalğalan, ey Bayrağım!” mövzusunda inşa yazı müsabiqəsi keçirildi.
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova iştirakçıları müsabiqənin Əsasnaməsi ilə tanış etdikdən sonra müsabiqəyə start verilib.
İnşalar Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış və kodlaşdırılmış xüsusi dəftərlərdə yazılıb, Bakı Humanitar Kolleci tərəfindən təsdiq olunmuş münsiflər heyəti tərəfindən yoxlanılıb.
Müsabiqə 7-10, 11-14, 15-17 yaş qrupları üzrə keçirilib. Müsabiqənin nəticələri aşağıdakı kimi olub:
7-10 yaş qrupu üzrə:
I yer – 246 №li məktəb-liseyin 6-cı sinif şagirdi Sadıqlı Aytən Yunus qızı
II yer – 83 №li məktəb-liseyin 6-cı sinif şagirdi Süleymanov Nihad Rauf oğlu
III yer - 244 №li tam orta məktəbin 3-cü sinif şagirdi Rəhimzadə Fatimə Emil qızı
11-14 yaş qrupu üzrə:
I yer – 314 №li tam orta məktəbin 8-ci sinif şagirdi Qaraşlı Mehriban Vüqar qızı
II yer – 298 №li tam orta məktəbin 7-ci sinif şagirdi Şirəliyeva Aysel Əli qızı
III yer - 115 №li tam orta məktəbin 7-ci sinif şagirdi Mollayeva Lalə Mühasib qızı
15-17 yaş qrupu üzrə:
I yer – 248 №li tam orta məktəbin 9-cu sinif şagirdi Səfərəliyeva Mehriban Cəlal qızı
II yer – 157 №li tam orta məktəbin 11-ci sinif şagirdi Əfənli Qaratel Məhəmməd qızı
III yer – 313 №li tam orta məktəbin 10-cu sinif şagirdi Məhəbbətli Aydan Mirzə qızı

Keçidlər