Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında bədii-qiraət müsabiqəsi keçirildi

07 noyabr 2016 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və 26-№ li Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə 3 noyabr 2016-cı il tarixdə 26-№ li Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzində 9 Noyabr – “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Daima zirvələrdə dalğalan, ey Bayrağım!” mövzusunda bədii-qiraət müsabiqəsi keçirildi.
Tədbirdə 26-№ li UGYM-in direktoru Ziyad Nəbiyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, münsiflər heyətinin üzvləri – 26 №li Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin müəllimləri Mahirə Əliyeva, Nuranə Novruzova, rayon Gənclər və İdman İdarəsində təcrübə keçən ASAN könüllüsü iştirak edib.
Əvvəlcə məktəbliləri salamlayan Ziyad Nəbiyev 9 Noyabr – “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü”nü münasibətilə onları təbrik edib və bu günün mahiyyəti haqqında məlumat verdi.
Sonra rəis müavini Sevinc Süleymanova şagirdləri müsabiqənin Əsasnaməsi ilə tanış etdi.
Müsabiqə 7-10, 11-14, 15-17 yaş qrupları üzrə keçirilib. Müsabiqənin nəticələri aşağıdakı kimi olub:
7-10 yaş qrupu üzrə:
I yer - 143 №li tam orta məktəbin 4-cü sinif şagirdi Hüseynzadə Leyla Hamlet qızı
II yer - 314 №li tam orta məktəbin 5-ci sinif şagirdi Şamilli Turabəxanım Natiq qızı
III yer - 144 №li tam orta məktəbin 4-cü sinif şagirdi Əliyev Fikrət Emin oğlu
11-14 yaş qrupu üzrə:
I yer - 298 №li tam orta məktəbin 7-ci sinif şagirdi Osmanlı Leyla Kamran qızı
II yer - 314 №li tam orta məktəbin 8-ci snif şagirdi Əbilov Cavid Ələsgər oğlu
III yer - 283 №li tam orta məktəbin 6-cı sinif şagirdi Həsənova Xədicə İlqar qızı
15-17 yaş qrupu üzrə:
I yer – 3 №li tam orta məktəbin 10-cu sinif şagirdi İsrafilli Lumu Cəmil qızı
II yer - 102 №li tam orta məktəbin 9-cu sinif şagirdi Həsənli Cəlal İlqar oğlu
III yer - 276 №li tam orta məktəbin 10-cu sinif şagirdi Cümşüdova Birgül Mehman qızı
Mmüsabiqənin rayon mərhələsində hər yaş qrupu üzrə birinci yerə layiq görülmüş iştirakçılar Bakı şəhər mərhələsində iştirak etmək hüququ qazandılar.

Keçidlər