Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Günahsız günahkarlar” tamaşası nümayiş etdirildi

07 noyabr 2016 | 11:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 7 noyabr 2016-cı il tarixdə Bakı Humanitar Kollecində Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.9-cu bəndinin (İnsan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə) icrasına uyğun olaraq Bakı Uşaq Teatrının təqdimatında “Günahsız günahkarlar” tamaşası nümayiş etdirildi.
Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltandır. Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub.
Tamaşa izləyicilər tərəfindən maraqla qarşılandı.
Tamaşadan sonra tələbələr qarşısında çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Bakı Humanitar Kollecinin Tədris hissə müdiri Əsəd İbrahimov, Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini vurğuladılar. Qeyd edildi ki, bu sahədə teatr tamaşaları xüsusi yer tutur. Tamaşalar vasitəsilə izləyicilər insan alverinin səbəblərini, insan alverinə şərait yaradan halları əyani şəkildə görmək imkanı qazanır.

Keçidlər