Binəqədi bələdiyyəsində "Azərbaycanda Yerli Demokratiya Həftəsi" çərçivəsində növbəti layihə uğurla başa çatdı
07 noyabr 2016 | 11:00
Binəqədi rayon Binəqədi bələdiyyəsində "Azərbaycanda Yerli Demokratiya Həftəsi" çərçivəsində növbəti layihə uğurla başa çatdı.
Binəqədi rayon Gənclər evində Binəqədi bələdiyyəsinin ərazisində yaşayan bir qrup gənclərə "Çoxmədəniyyətli cəmiyyətlərdə birgə yaşayış: hörmət, dialoq, qarşılıqlı əlaqə" adı altında beynəlxalq təlimçi İsmayıl İsayev tərəfindən təlim keçirildi.
Təlimdə Multikultural dəyərlər, Azərbaycanda multikulturologiya və tolerantlıq, bu dəyərləri qoruyub-saxlamaq və inkişaf etdirmək sahəsində gənclərin rolu müzakirə olundu.
Mövzu ətrafında işçi qruplar şəklində davam edən təlim, iştirakçılara sertifikatların təqdim edilməsi ilə yekunlaşdı.