Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Bayraq mənliyimdir, bayraq kimliyim!” adlı tədbir keçirildi

08 noyabr 2016 | 11:00

8 noyabr 2016-ci il tarixdə Binəqədi rayonu ərazisində fəaliyyət göstərən “STEP İT” Akademiyanın inzibati binasında 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti və “İDRAK” liseyinin birgə təşkilatçılığı ilə “Bayraq mənliyimdir, bayraq kimliyim!” adlı tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Millət vəkili Elman Nəsirov,  “İDRAK” liseyinin təsisçisi Mönsüm Alışov, Müdafiə Nazirliyinin zabiti Ramil Səfərov, 09 Noyabr - “Azərbaycan Respublikasının Dövlət Bayrağı günü” münasibətilə rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş inşa-yazı, rəsm, bədii-qiraət və “Xəmsə” intellektual oyunun qalibləri və iştirakçıları , rayon ictimaiyyəti, ASAN Könülləri və rayonun fəal gəncləri iştirak etdilər.
Tədbir ilk olaraq Dövlət bayraqları və rəsm əsərlərindən ibarət sərgi ilə start götürdü. Daha sonra Dövlətçiliklə bağlı video çarx nümayiş etdirildi. Videoçarxın nümayişindən sonra tədbirin aparıcıları tədbiri açıq elan etdi və Dövlət bayrağının yaranma tarixi haqqında məlumat verdilər.
Daha sonra çıxış edənlər “İDRAK” liseyinin təsisçisi Mönsüm Alışov, Müdafiə Nazirliyinin zabiti Ramil Səfərov və Millət vəkili Elman Nəsirov bu əlamətdar günün tarixi haqqında geniş danışaraq bu gözəl bayram münaibətilə tədbir iştirakçılarını təbrik etdilər.
Natiqlər çıxışlarında qeyd etdilər ki,  gün gələcək biz ölkə rəhbəri cənab Prezidentin qüdrətli siyasəti sayəsində torpaqlarımızı işğaldan azad edəcəyik və üçrəngli bayrağımız Qarabağda dalğalanacaqdır.
Sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxışında ölkəmizdə dövlət rəmzlərinə olan münasibətə diqqət çəkdi. Yeniyetmə və gənclərə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən danışan natiq ümummilli lider Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən Dövlət Bayrağımıza olan münasibətinin hər bir vətəndaş üçün nümunə olduğunu nəzərə çatdırdı.
Çıxışlarla bərabər 9 Noyabr - “Azərbaycan Respublikasının Dövlət Bayrağı günü” münasibətilə rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş inşa-yazı, rəsm, bədii-qiraət müsabiqələrinin qalibləri  və “Xəmsə” intellektual yarışlarında fərqlənmiş şagirdlər mükafatlandırıldı.
Çıxış və təltiflərdən  sonra tədbirin bədii hissəsinə start verildi və aktyor, bədii qiraətçi Azad Şükürov və  Ağalar Bayramovun ifalarında Bayraq şeirləri səsləndi,  rayonun  yaradıcı gənclərinin ifasında mahnılar  və rəqslər nümayiş edildi.
Tədbirin sonunda Bakı Uşaq teatrı  “Vətən” tamaşasını nümayiş etdirdi.

Keçidlər