Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 100 saylı tam orta məktəbdə “Bayraq Milli Qürurumuzdur” adlı tədbir keçirildi

08 noyabr 2016 | 11:00

Noyabrın 8-də M.Ə.Rəsulzadə bələdiyyəsinin “İctimai-humanitar” sektorunun təşkilatçılığı ilə qəsəbənin 100 saylı tam orta məktəbində “Bayraq Milli Qürurumuzdur” adlı tədbir keçirildi.
Tədbirdə 100 saylı məktəbin direktoru Gülnarə Məmmədova, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova, Yerli Sosial Məsələlər daimi komisiyyasının sədri Günel Vahabzadə, M.Ə.Rəsulzadə bələdiyyəsi gənclər birliyinin sədri Ayla İbrahimova və bələdiyyə üzvləri iştirak etdilər.
Tədbirdə çıxış edən 100 saylı məktəbin direktoru Gülnarə Məmmədova və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova Bayraq gününün mahiyyəti barədə danışaraq, milli mənəvi dəyərlərə sahib olmaqla yanaşı onları qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürməyin vacibliyindən danışdılar.
Məktəbin 9-cu sinif şagirdlərinin iştirakı ilə “Öyrənək və Öyrədək” layihəsi çərçivəsində ibtidai sinif şagirdlərinə dövlət rəmzlərindən olan bayrağımız haqqında ətraflı məlumat verildi, şagirdlərin bilik və bacarıqlarını nümayiş etdirmək üçün viktorina təşkil olundu, sualları cavabalandıran şagirdlər mükafatlandırıldı, şagirdlərin ifasında müxtəlif şeir və musiqi parçaları səsləndi, eyni zamanda ibtidai sinif şagirdlərinin ifasında “Bayraq” kompozisiyası təqdim olundu.

 

Keçidlər