Azərbaycan Respublikasında Konstitusiya Günü münasibətilə Binəqədi rayonu N.Babayev adına 144 saylı tam orta məktəbdə tədbir keçirildi
12 noyabr 2016 | 11:00
12 noyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasında Konstitusiya Günü münasibətilə Binəqədi rayonu N.Babayev adına 144 saylı tam orta məktəbdə tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov iştirak etdi.
Tədbirin gedişatı zamanı 144 saylı tam orta məktəbin tarix müəllimi Mədinə Əsgərovanın rəhbərliyi altında 10-cu sinif şagirdləri arasında Azərbaycan Konstitusiyanın tarixi, maddələrini və əhəmiyyətini özündə ehtiva edən "Bilik Yarışı" nümayiş edildi.