Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəbliləri Cənub bölgəsinə yola salındılar

12 noyabr 2016 | 11:00

12 noyabr tarixində Binəqədi rayonu, Heydər Əliyev adına istirahət parkında dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü əlaqədar “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində binəqədili məktəblilərinin Cənub bölgəsinə yolasalınma mərasimi keçirildi. 
Yolasalma mərasimdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın şöbə müdirləri, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Milli qəhrəman Bəxtiyar Allahverdiyev, məktəb direktorları, valideynlər, məktəblilər, ASAN Könüllüləri və YAP Gənclər Birliyinin fəalları iştirak etdilər.
İlk öncə səhər sübh saatlarında dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü özündə əks edən atəşfəşanlıq keçirildi.
Sonra tədbir iştirakçıları və binəqədili məktəblilər ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında ucaldılan abidəsini ziyarət etdilər.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva xalqımızın gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdı. Natiq çıxışında bildirdi ki, dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü əlaqədar təşkil edilən bu aksiya siz şagirdlər üçün tariximizi, mədəniyyətimizi öyrənmək üçün gözəl fürsətdir. Bu gün Azərbaycan dövlətinə, xalqına bağlı, milli-mənəvi dəyərlərimizi, dilimizi, adət-ənənələrimizi bilən, savadlı, vətənpərvər nəsil yetişib. Odur ki, əziz şagirdlərimiz ölkə başçısının rəhbərliyi ilə görülən bütün işlərdə Siz layiqincə təmsil olunmalısınız.
Mərasimdə çıxış edənlər Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Milli qəhrəman Bəxtiyar Allahverdiyev və 283 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində ölkəmizin müxtəlif bölgələrinə reallaşdırılan maarifləndirici tur-aksiyaların əhəmiyyətindən danışdılar.
Qeyd olundu ki, məktəblilər 4 gün ərzində Lənkəran, Masallı və Astara rayonlarının tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə tanış olacaqlar.
Çıxışlardan sonra yola salınan şagirdlərin ifasında dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü əlaqədar hazırlanmış flaşmob və həmrəylik, birlik rəmzi olan yallı rəqsi nümayiş olundu.
Sonra “Multikulturalizm ili” çərçivəsində müxtəlif xalqların geyimləri olan balaca fidanlar şagirdlərlə bərabər üzərində müstəqilliyinin bərpasının 25-ci ildönümü əks etdirən şarları havaya uçuraraq, avtobus ilə yola düşdülər.

Keçidlər