Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 100 saylı tam orta məktəbdə vətənpərvərlik mövzusunda tədbir keçirildi

14 noyabr 2016 | 11:00

Noyabrın 11-də Binəqədi rayonunda 100 saylı tam orta məktəbdə vətənpərvərlik mövzusunda tədbir keçirildi.
Keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Bakı şəhər Baş Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Mürsəl İmanov, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədr müavini polkovnik Cəlil Xəlilov, həmin təşkilatın Gənclərin hərbi vətənpərvərlik şöbəsinin müdiri polkovnik Adil Haqverdiyev, “Milli Qəhrəmanları Tanıtma” İctimai birliyinin sədri Elşən Uluxanlı, Azərbaycan Respublikasının Milli Qəhrəmanları Bəxtiyar Allahverdiyev, Zabit Quliyev və İntiqam Atakişiyev, ictimai birliklərin rayon şöbələrinin sədrləri Telman Hətəmov, İlham Qayıbzadə, Mahəddin Rüstəmov, Fizuli Həsənov və həmin məktəbin müəllim- şagird kollektivi iştirak etdi.
214 Milli Qəhrəmanımızın şəkillərindən ibarət lövhənin açılışı ilə başlayan tədbirdə məktəblilərə vətənpərvərlik hissinin aşılanması, mənəvi-psixoloji ruh yüksəkliyinin qorunması və dövlətçiliyə, Azərbaycançılıq məfkurəsinə sadiqlik mövzularında məsləhətlər verildi.
Tədbir məktəblilərin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdi.

Keçidlər