Şriftin ölçüsü :

Saytın rəngi :

YAP-nın yaradılmasının 24-cü ildönümü ilə əlaqədar YAP-ın loqosunun və ulu öndərin imzasının əks olunduğu “Puzzle” yarışı keçirildi

14 noyabr 2016 | 11:00

Noyabrın 12-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Müstəqilliyim, Partiyam: - Əbədiyyətim...” adlı layihə çərçivəsində rayonun orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında YAP-ın loqosunun və ulu öndərin imzasının əks olunduğu “Puzzle” yarışı keçirildi.
Yarışda Binəqədi rayonunda fəaliyyət göstərən 32 tam orta məktəbin hər birindən 2 nəfər olmaqla, ümumilikdə 32 komanda iştirak etdi.
Yarışın rəsmi hissəsini giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov YAP-ın yaradılması tarixi, ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, dahi şəxsiyyətin Azəbaycan xalqı və dövləti üçün misilsiz xidmətləri olub. Heydər Əliyev ölkəmizin inkişafı, çiçəklənməsi üçün daim çalışıb, gənclərin, məktəblilərin hər zaman qayğısına qalıb. Onların daha savadlı, təcrübəli kadr kimi yetişməsi üçün bütün gücünü səfərbər edib. Ramiz Göyüşov bu ilin noyabrın 21-i tarixinin böyük əhəmiyyət daşıdığını bildirərək bu tarixdə YAP-ın 24-cü ildönümünün qeyd ediləcəyini vurğuladı. Bu günkü “puzzle” yarışının da məktəblilərin məntiqi təfəkkürünün artırılması üçün irəli sürülən bir təşəbbüs olduğunu qeyd etdi. Yarış qaliblərinin mükafatlandırılacağını, onların 1 günlük Naxçıvana səfərə göndəriləcəklərini diqqətə çatdırdı.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısınn müavini Aygün Əliyeva çıxış edərək Azərbaycanımızın xoşbəxt gələcəyi üçün yüksək təhsilli, intellektual səviyyəyə malik, dünyagörüşlü gənclərə ehtiyac olduğunu bildirdi və bunun üçün dövlət başçısı cənab İlham Əliyevin ölkə daxilində həyata keçidiyi uğurlu gənclər siyasətindən bəhs etdi. Ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasi fəaliyyətinin yerlərdə icrası məqsədilə Binəqədi rayonunda da gənclər üçün mütəmadi təlim, layihə və tədbirlərin keçirildiyini bildirdi. Aygün Əliyeva YAP-ın yaradılması tarixindən də danışaraq, bu tarixi günün hər bir vətəndaşın və gəncin yaddaşından silinməyəcəyini qeyd etdi.
Rəsmi hissə bitdikdən sonra “Puzzle” yarışına start verildi. Yarışın şərtlərinə uyğun olaraq YAP-ın loqosunun və imzasının əks olunduğu “puzzle”ni ən tez qurub qurtaran 3 komanda müvafiq olaraq qalib elan olundular. Beləliklə, birinci yerə 313 saylı, ikinci yerə 83 saylı məktəb-lisey, üçüncü yerə 182 saylı tam orta məktəblər layiq görüldülər. Qaliblər noyabrın 16-da Naxçıvan Muxtar Respublikasına 1 günlük səfər çərçivəsində oranın tarixi yerlərinə ekskursiya edəcəklər.
Yarışda dördüncü yerin qalibləri 126 və 179 saylı, beşinci yerin qalibləri 157 və 299 saylı tam orta məktəblər isə Fəxri Fərmanlarla təltif olunacaqlar.

Keçidlər