Biləcəri-Binəqədi yolunda aparılan təmir işləri sürətlə davam etdirilir
Uzun müddət Biləcəri və Binəqədi qəsəbə sakinlərini narahat edən və çoxsaylı vətəndaş müraciətlərinə səbəb olan yol infrastrukuru problemi öz həllini tapmaqdadır. 2015-ci ilin 2-ci rübündə icrası başlamış Biləcəri-Binəqədi yolunda aparılan təmir işləri sürətlə davam etdirilir.
Həmin yolda su və kanalizasiya sistemlərinin yenidən qurulması, həmçinin yeni infrastrukturların yaradılması istiqamətində işlər görülür. Belə ki, əlavə su kollektorları çəkilir, qaz və kommunikasiya xətləri yenidən qurulur. Bütün yeraltı işlər yekunlaşdıqdan sonra yerüstü yolun bərpası işlərinin də aparılması nəzərdə tutulub.
Həmçinin, həmin yolda işlər tam yekunlaşdıqdan sonra yol kənarı boyunca abadlıq-quruculuq işlərinin də həyata keçirilməsi nəzərdə tutulub.