Şriftin ölçüsü :

Saytın rəngi :

Biləcəri qəsəbəsində 8-17 yaş arası uşaqlar üçün pulsuz diş müayinələri təşkil edilir

14 noyabr 2016 | 11:00

14 noyabr 2016-cı il tarixindən başlayaraq Binəqədi rayonunun Biləcəri qəsəbəsində Azercel Telekom MMC-nin Mobil Diş klinikasının təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Biləcəri bələdiyyəsinin İctimai-humanitar sektorunun təşkilatçılığı ilə 8-17 yaş arası uşaqlar üçün pulsuz diş müayinələri təşkil edildi.
Müayinələr zamanı klinikanın həkimləri kimsəsiz uşaqlara, aztəminatlı ailələrə, qaçqın və məcburi köçkünlərə xidmət göstərərək, lazımı tədbirlər görürlər. Müayinələr iki həftə davam etdiriləcək, hər həftənin  ikinci və dördüncü günləri olmaqla saat 13:00-dan -17:00-dək keçiriləcəkdir.

Keçidlər