Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu, Cəfər Xəndan küçəsinin daha bir hissəsində təmir işləri aparılır

15 noyabr 2016 | 11:00

Binəqədi rayonu, Cəfər Xəndan küçəsinin daha bir hissəsində təmir işləri aparılır.
Təmir işləri sözügedən küçənin Əhməd Rəcəbli və Şövkət Məmədova küçələri arasında yerləşən 750 m-lik hissəsində aparılır.
Aparılan təmir-tikinti işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb, 1500 p/m köhnə səki daşı yenisi ilə əvəzlənib, mövcud piyada səkiləri isə bərpa edilərək asfaltlanıb.
Bundan başqa, yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları qoyulub, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənir.
Hazırda aidiyyəti qurum tərəfindən təmir işlərinin aparıldığı ərazidə yeni su və kanalizasiya xətləri çəkilir. Təmir-tikinti işləri bitdikdən sonra yolun hərəkət hissəsi asfaltlanması üçün hazır vəziyyətə gətiriləcək. Ümumilikdə, küçənin sözügedən hissəsinin 10 min kv metrdən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək.
İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Təmir işlərinin aparıldığı ərazilərdə müvəqqəti olaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılır.

Keçidlər