Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı qadınları təbrik etdi

08 mart 2013 | 11:00

2013-cü il martın 7-də Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Monte Kristo” restoranında 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bədii-əyləncəli tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov ilk öncə qadınları təbrik edərək respublikamızda baş verən quruculuq işlərində ölkə xanımlarının yaxından iştirak etdiyini, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə qadınların da töhfəsinin olduğunu diqqətə çatdırdı. Qadınlarımızın bu gün cəmiyyətin həyatında mühüm rol oynaması ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş ənənələrin təntənəsi olduğu, müəyyən olunmuş dövlət siyasətin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkə rəhbərinin qadınların cəmiyyətdəki rolunu yüksək qiymətləndirdiyi vurğulandı.
Təbrikdən sonra  rayonun ictimai-siyasi həyatında fəal iştirak edən xanımlar Binəqədi Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə  təltif olundular.
Tədbirin bədii hissəsində Binəqədi rayonu 266 saylı uşaq bağçasının kollektivi rəqslə və M.Maqomayev adına 26 saylı uşaq musiqi məktəbinin şagirdi Anar Yusifov skripkada musiqi nömrəsi ifa etdi. 
Tədbirdə iştirak edən bütün xanımlara Rayon İcra Hakimiyyəti adından hədiyyələr təqdim edildi.

Keçidlər