Binəqədi rayonunun nümayəndə heyəti Naxçıvan şəhərinə səfər etdi
16 noyabr 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü il dönümü münasibətilə rayon məktəbliləri arasında keçirilən müxtəlif müsabiqələrin və idman yarışlarının qalibləri olan şagirdlər ( “Ulu Öndər estafeti”-idman yarışı, “Ulu Öndərə məktub –inşa yazı müsabiqəsi, “Ulu Öndərdən bizə qalan nişanələr”–puzzle yarışı) və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümumilli lider Heydər Əliyevin vətəni, qədim və tarixiləşmiş Naxçıvan şəhərinə “Ulu Öndərin izi ilə” layihəsi çərçivəsində səfər etdilər.
Naxçıvan Muxtar Respublikası YAP icra katibliyinin yüksək təşkilatçılığı ilə həyata keçirilən səfər nümayəndə heyətinin ümumilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini və muzeyini ziyarət etməklə başladı. Muzeydə sərgilənən nadir ekspanatlar dahi liderin həyatı və siyasi fəaliyyəti barədə geniş təəssürat yaratdı. Əlyazmalarda və sənədlərdə böyük siyasətçinin ömrünün yadda qalan məqamları əks olunub.
Nümayəndə heyətinin üzvləri muzeyi ziyarət edərkən keçirtdikləri unudulmaz duyğuları xatirə dəftərində qeyd etdilər.