Binəqədi rayonunda Milli Dirçəliş Gününə həsr olunmuş “Azərbaycan, doğma diyar” adlı tədbir keçirildi
Noyabrın 17-də Binəqədi Mərkəzi Mədəniyyət Evinin təşkilatçılığı ilə 17 noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş “Azərbaycan, doğma diyar” adlı tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov və şöbənin baş məsləhətçisi Jalə Tofiqqızı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəsi Elxan Əliyev, Binəqədi Mərkəzi Mədəniyyət Evinin direktoru Şahin Səmədov, Binəqədi qəsəbə Ağsaqqallar Şurasının sədri Ağabala Musayev, Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Rəna Bilyandarlı, Mədəniyyət Evinin kollektivi, ağsaqqallar və Binəqədi qəsəbəsinin ictimaiyyəti iştirak etdi.
Öncə tədbir iştirakçıları tərəfindən ulu öndər Heydər Əliyevin Binəqədi Mərkəzi Mədəniyyət Evində ucaldılan büstü önünə qızılgüllər qoyuldu. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Tədbirin rəsmi hissəsində Binəqədi Mərkəzi Mədəniyyət Evinin direktoru Şahin Səmədov çıxış edərək qonaqları salamladı, 17 noyabr tarixinin əhəmiyyətindən danışdı. Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov qeyd etdi ki, tarixi reallıqlar bu gün xalqımızın şərəfli salnaməsinə çevrilib. 17 noyabr hadisələri Azərbaycanın müstəqilliyi üçün zəmin yaratdı. Xalq hərəkatının başlanğıcı olan 17 noyabr günü müasir Azərbaycan tarixinə Milli Dirçəliş Günü kimi həkk olunub. Xalqımız istiqlal mücadiləsinin bu gün bəhrəsini görür və sonsuz qürur hissi keçiririk. Böyük Heydər Əliyevin özü qədər inandığı Azərbaycan Respublikasınn Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan gündən-günə qüdrətlənir, güclənir və dünya miqyasında nüfuzunu daha da yüksəldir.
Rəsmi hissədən sonra Binəqədi Mərkəzi Mədəniyyət Evinin yaradıcı heyətinin ifasında bədii kompazisiya nümayiş olundu.
Tədbirin sonunda Mərkəzi Mədəniyyət Evinin istedadlı gəncləri uğurlarına görə təltif olundular.