Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının yaradılmasından 20 il ötür

08 mart 2013 | 11:00

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının yaradılmasının    20-ci ildönümü münasibətilə bir sıra silsilə tədbirlər keçirilib.
2013-cü il 03-05 mart tarixlərində Gədəbəy rayonu cəbhə bölgəsində yerləşən N saylı hərbi hissəyə ziyarət təşkil olundu. Səfər çərçivəsində hərbi hissəyə humanitar yardım və əsgərlər üçün konsert təşkil edilib.
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının yaradılmasının    20-ci ildönümü münasibətilə 2013-cü il 07 mart tarixində rayon ictimaiyyətinin, millət vəkillərinin və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının iştirakı ilə Fəxri Xiyabana ziyarət olundu.
Tədbir Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatında davam etdirildi. Çıxış edənlər əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycanın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının yaranma tarixindən söz açaraq bu gün Binəqədi rayonunda 14 mindən artıq YAP üzvünün olduğunu diqqətə çatdırdılar. 
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən partiya üzvləri fəxri fərmanlarla mükafatlandırıldı və partiyaya yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edildi.

Keçidlər