Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonun Naxçıvan şəhərinə səfər edən nümayəndə heyəti Naxçıvan şəhəri Gənclər Fondunda oldular

17 noyabr 2016 | 11:00

Binəqədi rayonun Naxçıvan şəhərinə səfər edən nümayəndə heyəti şəhərlə tanışlıqdan sonra Naxçıvan şəhəri Gənclər Fondunda oldular.
Muxtar Respublikanın Gənclər və İdman naziri Azad Cabbarov, Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev Binəqədi Rayon gənclərini salamladı və Ulu Öndərin mənalı ömrünün ayrılmaz hissəsi olan Naxçıvana səfərin əhəmiyyətli olduğunu diqqətə çatdırdılar.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva və YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov belə bir əlamətdar gündə Naxçıvanda olduqları üçün qürur və sevinc duyduqlarını bildirdilər. Natiqlər çıxışlarında dahi şəxsiyyət Heydər Əliyevin keçdiyi həyat yoluna nəzər salaraq, Ulu Öndər idealogiyasının indiki gənclərimizə aşılanması istiqamətində belə səfərlərin, görüşlərin olmasının vacibliyini diqqətə çatdırdılar.
Görüşün sonunda Naxçıvan və Binəqədi nümayəndə heyətləri bir-birinə hədiyyələr təqdim etdilər.
Nümayəndə heyəti unudulmaz və xoş təəssüratlarla səfərə yekun vurdu.

Keçidlər