Şriftin ölçüsü :

Saytın rəngi :

“Onlar ilə öyrənək və öyrədək” layihəsi çərçivəsində uşaqlarla növbəti görüş keçirildi

19 noyabr 2016 | 11:00

18 noyabr 2016-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və “Humel” Psixologiya Mərkəzinin təşkilatçılığı ilə “Magic House” uşaq bağçasında “Onlar ilə öyrənək və öyrədək” layihəsi çərçivəsində uşaqlarla növbəti görüş keçirildi.
Keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, “Magic House” uşaq bağçasının müdiri Şəlalə Qarayeva, “Humel” Psixologiya Mərkəzinin baş psixoloqu Ülviyyə Hümmətova, uşaq psixoloqu Ülkər Sadıqova və Psixologiya Mərkəzinin əməkdaşı Zümrüd Həsənli iştirak etdilər.
Görüşdə “Magic House” uşaq bağçasının müdiri Şəlalə Qarayeva qonaqları salamladı və layihənin keçirilməsinin əhəmiyyətli olduğunu diqqətə çatdırdı.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı layihə haqqında geniş məlumat verdi və məktəbəqədər təhsil sahəsində maraqlı layihələrin keçirildiyini vurğuladı.
Çıxışlardan sonra “Humel” Psixologiya Mərkəzinin uşaq psixoloqu Ülkər Sadıqova və Zümrüd Həsənli məktəbəqədər təhsil müəssisələrində psixoloji diaqnostika və maarifləndirmə işləri ilə bağlı “Onlar ilə öyrənək və öyrədək” adlı məşğələ-təlim keçirdilər.
Məşğələ-təlim zamanı uşaqlar üçün "Mənim ailəm", "Ev, ağac, adam", "İnsan rəsmi"  maraqlı praktik oyunlar təşkil edildi.
Layihə çərçivəsində məşğələ-təlimlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulub.

Keçidlər