9-cu mikrorayonda növbəti “Açıq qapı” vətəndaş forumu keçirildi
18 noyabr 2016-cı il tarixdə 9-cu mikrorayonda Bakı Pedoqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun akt zalında növbəti “Açıq qapı” vətəndaş forumu keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Aparatın şöbə müdirləri, RİH başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Binəqədi bələdiyyəsinin sədri, hüquq-mühafizə orqanlarının rəhbər vəzifəli şəxsləri, xidmət sahələrinin rəhbərləri və 9-cu mikrorayon sakinləri iştirak etdilər.
Görüşdə sakinləri narahat edən problemlər dinlənildi və həmin problemlərin bir qisminin həlli üçün aidiyyəti vəzifəli şəxslərə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən yerində tapşırıqlar verildi, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah edildi, bir qisminin həlli isə nəzarətə götürüldü.