Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Cənub bölgəsinə və Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü ərəfəsində Naxçıvan şəhərinə səfər edən Binəqədi məktəbliləri təəssüratlarını bölüşdülər

24 noyabr 2016 | 11:00

12 noyabr tarixində “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəbliləri ölkəmizin cənub bölgəsinə səfər etdilər və səfər uğurla yekunlaşdı.
Səfərdən geri dönən məktəblilər təhsil aldıqları məktəblərdə cənub bölgəsindəki təəssüratlarını öz həmyaşıdları və müəllimləri ilə bölüşdülər.
Görüş zamanı məktəblilər səfər çərçivəsində çəkdirdikləri foto və video görüntülərdən ibarət qısa təqdimat etdilər. O cümlədən, xatirələrini bölüşən məktəblilər bu cür layihəyə görə ölkə başçısına təşəkkür etdilər və layihənin davamlı olması ilə bağlı arzularını bildirdilər.
Təəssüratlarında şagirdlər gəzdikləri məkanları, tarixi yerləri çox bəyəndiklərini və bütün bunların onların xatirələrində əbədi qalacaqlarını vurğuladılar.
O cümlədən, görüşlərdə 16 noyabr 2016-cı il tarixdə qədim və möhtəşəm Naxçıvan şəhərinə səfər edən Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü il dönümü münasibətilə rayon məktəbliləri arasında keçirilən “Ulu Öndər estafeti”-idman yarışı, “Ulu Öndərə məktub –inşa yazı müsabiqəsi, “Ulu Öndərdən bizə qalan nişanələr” –puzzle yarışlarının qalibləri olan şagirdlər də iştirak etdilər və səfərdən məmnunluqlarını ifadə etdilər. Şagirdlər Naxçıvan şəhərində əldə etdiklər təəssüratların və qazandıqları biliklərin daim onlar üçün bir təcrübə olduğunu vurğuladılar.

Keçidlər