Şriftin ölçüsü :

Saytın rəngi :

Xocasən qəsəbəsində səyyar görüş keçirildi

10 mart 2013 | 11:00

2013-cü il mart ayının 9-da 313 saylı orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərovun Xocəsən qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 95 nəfər rayon sakini iştirak edirdi.
  Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə geniş məlumat verdi.
  Qəsəbə sakinlərindən İdrak Abbasov, Telman Abbasov, Anaxanım Xasayeva, Cəsarət Valehli, Sabit Zalov və başqaları çıxış edərək qəsəbədə mövcud olan nöqsan və çatışmazlıqlarından söz açaraq onların aradan qaldırılmasını xahiş etdilər.
  Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər