Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Gənclər Evində “Sığortanın cəmiyyətdə rolu və zəruriliyi” mövzusunda təlim keçirildi

25 noyabr 2016 | 11:00

24-25 noyabr tarixlərində Binəqədi Gənclər Evində “Sığortanın cəmiyyətdə rolu və zəruriliyi” mövzusunda təlim keçirildi.
Keçirilən təlimdə Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları Leyla Kərimova, Emil Lətifov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, “Sığortanın cəmiyyətdə rolu və zəruriliyi” adlı layihənin rəhbəri Cəmilə Şirinova, təlimçi, Azsığorta şirkətinin Mühüm müştərilərlə iş şöbəsinin bölmə rəhbəri Elxan Novruzov, rayon sahə inzibati dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin və MKTB-nin səhifə adminləri, Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN Könüllüləri və YAP-nın fəal gəncləri iştirak etdilər.
Binəqədi Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı və  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən təlimdə çıxış edənlər Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları Leyla Kərimova, Emil Lətifov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, “Sığortanın cəmiyyətdə rolu və zəruriliyi” adlı layihənin rəhbəri Cəmilə Şirinova mövzunun əhəmiyyətinin vacibliyini diqqətə çatdırdılar.
Daha sonra təlimçi, Azsığorta şirkətinin Mühüm müştərilərlə iş şöbəsinin bölmə rəhbəri Elxan Novruzov sığortanın tarixi, Azərbaycanda Sığorta fəaliyyəti və sığorta bazarı, Azərbaycan Respublikasında icbari sığorta fəaliyyəti haqqında Qanun, Yaşıl Kart sığortası, Avtomobillərin mülki məsuliyyət sığortası, Daşınmaz Əmlakın İcbari Sığortası haqqında nəzəri və praktiki tanışlıq, avtomobilin mülki məsuliyyətinin İcbari Sığortasının nəzəri və praktiki tanışlıq və Əmlakın icbari Sığortası haqqında nəzəri müzakirələr apardı.
İki gün davam edən təlim nəzəri və praktik hissədən ibarət oldu. O cümlədən, təlim zamanı gəncləri mövzu ilə bağlı maraqlandırılan sualları da cavablandırıldı.

Keçidlər