Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Binəqədi qəsəbə sakinləri ilə görüşdü

26 noyabr 2016 | 11:00

2016-cı il noyabrın 25-də Mərkəzi Mədəniyyət evində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun Binəqədi qəsəbə  sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri  iştirak edirdi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər, həmçinin rayon ərazisində subasma hallarının qarşısının alınması üçün əməli tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış “Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında” Sərəncamı barədə ətraflı məlumat verdi.
Sonra qəsəbə sakinləri çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verdi.
Bundan əlavə, Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin yeni təyin olunmuş rəisi Rəhimov Novruz Məmməd oğlunu təqdim etdi.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı radikal dini cərəyanların qarşısının alınması, bu sahədə ziyalıların, ağsaqqalların və ictimaiyyətin rolundan danışdı, əhali arasında evlərin icbari sığortası ilə əlaqədar maarifləndirmə işinin aparılmasının vacibliyini diqqətə çatdırdı.
Sonda “Ulu Öndərə məktub” adlı inşa müsabiqəsinin qalibi, Binəqədi qəsəbə sakini, 179 saylı məktəbin şagirdi Zəhra Əliyevanı qəsəbə sakinlərinə təqdim etdi.

Keçidlər