Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Radikalizm və terrorizmin fəsadları” mövzusunda tədbir keçirildi

26 noyabr 2016 | 11:00

Noyabrın 25-də Binəqədi rayonunda “Radikalizm və terrorizmin fəsadları” mövzusunda tədbir keçirildi.
276 nömrəli orta məktəbdə təşkil olunan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Binəqədi rayon İdarəsinin rəis müavini Xəqani Mazanov, Binəqədi rayon Prokurorunun müavini Elgiz Qənizadə, Binəqədi Rayon Polis İdarəsinin Təşkilati İnspektor Qrupunun rəhbəri polkovnik-leytenant Qafur Haqverdiyev, DTX-nin rayon İdarəsinin məsul əməkdaşı Namiq Hüseynov, DQİDK-nin Bakı şəhəri üzrə şöbəsinin məsul əməkdaşları Novruz Nuriyev, Pərvin Əlizadə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvləri və rayonun orta ümumtəhsil məktəblərinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qonaqları salamladıqdan sonra tədbirin aktuallığından və qarşıya qoyulan vəzifələrin icrasının zəruriliyindən bəhs etdi.
Daha sonra çıxış üçün söz alan DQİDK-nin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, Binəqədi rayon Prokurorunun müavini Elgiz Qənizadə, DTX-nin rayon İdarəsinin məsul əməkdaşı Namiq Hüseynov və Binəqədi rayon Polis İdarəsinin Təşkilati İnspektor Qrupunun rəhbəri polkovnik- leytenant Qafur Haqverdiyev terrorizm və radikalizmin fəsadları, zərərli ideoloji ünsürlərlə mübarizə yolları mövzuları ətrafında aidiyyəti dövlət qurumlarının praktik fəaliyyətini özündə ehtiva edən məsələri tədbir iştirakçılarının diqqətinə çatdırdı və yetişməkdə olan gənc nəslin tərbiyəsində bilavasitə rolu olan məktəb müəllimləri və psixoloqlarına müvafiq tövsiyyələr verdi.
Tədbir məruzələr ətrafında diskussiyalar şəkilində davam etdirildi. 

Keçidlər