Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocəsən-Avtovağzal” arası mənzil tunellərinin və “Xocəsən” elektirk deposuna dəmir yol xəttinin çəkilməsi ilə bağlı məcburi köçkünlərə və yerli sakinlərə məxsus fərdi yaşayış evlərinin köçürülməsi davam etdirilir

28 noyabr 2016 | 11:00

Bakı Metropoliteninin III yeni (Bənövşəyi) xəttinə aid olan “B-03” stansiyasının istismara verilməsi və qatarların normal hərəkətinin təmin edilməsi üçün “Xocəsən-Avtovağzal” arası mənzil tunellərinin və “Xocəsən” elektirk deposuna dəmir yol xəttinin çəkilməsi ilə bağlı tikinti işlərinin aparılması üçün məcburi köçkünlərə və yerli sakinlərə məxsus olan fərdi yaşayış evlərinin köçürülməsi prosesi davam edir.
Bununla bağlı 26 noyabr tarixində sözügedən ərazidə Bakı Metropoliteninin əməkdaşları və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov sakinlərlə görüşdü, onların sualları dinlənilərək cavablandırıldı.
Köçürülməsi nəzərdə tutulan fərdi yaşayış evlərinin sakinləri üçün kompensasiya ödənilməsi prosesi davam edir. Bununla bağlı Bakı Metropoliteni və  Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərin suallarının cavablandırılması, sənədləşmə işinin aparılması üçün qərargah yaradılıb.
Sakinlərin bu məsələ ilə bağlı hər hansı sual və təklifi olduğu halda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılovla  əlaqə saxlaya bilərlər.
Əlaqə nömrəsi: (+99450-457-60-60)

Keçidlər