Bələdiyyə nümayəndələrinin iştirakı ilə görüş keçirildi
2016-cı il noyabrın 26-da Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi rayon bələdiyyələrinin sədrlərinin, sədr müavinlərinin, hüquq və ümumi şöbə müdirlərinin iştirakı ilə görüş keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, Hüquq şöbəsinin müdiri Yunis Hüseynov və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov iştirak etdilər.
Tədbirdə “İnzibati icraat haqqında” Qanundan irəli gələn məsələlər və digər mövzular ətrafında müzakirələr aparıldı, bələdiyyələrə öz fəaliyyətlərində Qanunun tələblərinə əməl olunması tövsiyə edildi.