Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Binəqədi rayon təşkilatında fəal gənclərlə görüş keçirildi

26 noyabr 2016 | 11:00

26 noyabr 2016-cı il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında təşkilat sədri Ramiz Göyüşovun fəal gənclərlə görüşü keçirildi.
Görüşdə YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin fəaliyyəti, qarşıda duran vəzifələr, gənclərin ictimai-siyasi fəallığının artırılması, təşəbbüskar gənclərin layihələrinə dəstək verilməsi, onların sosial şəbəkələrdən səmərəli istifadə etməsi və digər bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Görüşdə çıxış edən Ramiz Göyüşov rayon gənclərinin cəmiyyətin bütün sahələrində öz fəallıqları ilə seçildiyini bildirərək, onları bu istiqamətdə daha da fəal olmağa, daim təşəbbüskarlıq göstərməyə, YAP-ın, eləcə də Prezident, YAP-ın sədri cənab İlham Əliyevin uğurlu və məqsədyönlü siyasi fəaliyyətinin aktiv təbliğatçısı olmağa çağırdı. Vurğuladı ki, gənclər hər zaman cəmiyyətin aparıcı qüvvəsi olub və onlar ölkəmizin haqlı mövqeyinin dünyaya tanıdılması, Azərbaycanın dövlət siyasətinin prioritetlərinin təbliğ edilməsi istiqamətində daim çalışmalıdır.
Gənclər də öz növbəsində bu cür görüşün təşkil edildiyinə və onlarla birgə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsinin, diskussiyanın aparıldığına görə təşəkkürlərini bildirdilər.
Görüşdə həmçinin bütün gənclərin irəli sürdükləri layihələr müzakirə olundu və bildirildi ki, YAP Binəqədi rayon təşkilatı olaraq gənclərin layihələrinin icra olunmasına dəstək göstəriləcək.

Keçidlər