Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Milli- mənəvi dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda tədbir keçirildi

29 noyabr 2016 | 11:00

Noyabrın 29-da Binəqədi rayon Gənclər Evində təşkil olunan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai- siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq Ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə, Komitənin Dini Maarifləndirmə İşinin təşkili şöbəsinin baş məsləhətçisi Tural Verdizadə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov iştirak etdilər.
Tədbir zamanı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının, 18 saylı Peşə liseyinin və Bakı Humanitar Kollecinin fəal tələbələri ilə dövlət-din münasibətlərinin əsasları, multikulturalizmin Azərbaycan modeli və tolerantlıq ənənələri mövzularında fikir mübadiləsi aparıldı.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra gənclər üçün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin istehsal etdiyi “Fitnə” filmi nümayiş olundu.

Keçidlər