Şriftin ölçüsü :

Saytın rəngi :

Son həftə ərzində rayon ərazisində abadlıq-quruculuq sahəsində aparılan işlər

09 mart 2013 | 11:00

Həftə ərzində (4-8 mart) rayon ərazisində ümumilikdə 75 ünvanda  su axıntıları olan boruların və 2 nasosxananın təmiri aparılıb, 22 ünvanda su xətti dəyişdirilib, 107 yerdə kanalizasiya şəbəkəsində axıntıların qarşısı alınıb, 24 ünvanda kanalizasiya xətti dəyişdirilib.
  Rəsulzadə qəsəbəsi 22-ci dağlıq küçəsi TM 1260-777 10kv-luq 580 p/m hava xətti yeraltı kabel xətti ilə əvəz olunub.
  Azadlıq prospekti 156-da elektrik təchizatı yenidən quraşdırılıb, sayğaclar dəyişdirilib.
  Ümumi Binəqədi QİS ərazisində 6833 p/m qaz xətti çəkilmiş, 2333 ədəd Smartkart tipli sayğac quraşdırılıb.
   7-ci mikrorayon Xarici Dairəvi 11b saylı binanın istilik xəttində d-57 mm 3 p/m boru dəyişdirilib. 7-ci mikrorayon 4, 18, 22 saylı binaların istilik xəttində d-25 mm 15 p/m boru dik dayaqlarda bərpa edilib. 8-ci mikrorayon 11a, 21, 28, 77, 91 saylı binaların istilik xəttində dik dayaqlarda d-25 mm 13,5 p/m boru bərpa edilib. Naxçıvani 33b saylı binanın istilik xəttində dik dayaqlarda d-32 mm 8 p/m boru dəyişdirilib. Naxçıvani 8 və Azadlıq 14 saylı binaların istilik xəttində d-57 mm 6 p/m boru dəyişdirilib. Rəsulzadə qəsəbəsi 76 saylı uşaq bağçasının istilik xəttində d-40 mm 10 p/m boru dəyişdirilib. 9-cu mikrorayon 33  saylı binanın aşağı paylama istilik xəttində d-57 mm 2 p/m boru bərpa edilib. 9-cu mikrorayon 121 və 141 saylı binaların istilik xəttində d-57 mm 4,5 p/m, d-89 mm 2 p/m boru dəyişdirilib.
  7-ci mikrorayon ərazisində 125 p/m kanalizasiya xətti dəyişdirilib.
  7-ci mikrorayon ərazisində F.Məlikov kuçəsi 3, 3a və 3b saylı binaların qarşısına 3125 m2  asfalt örtüyü çəkilib.

Keçidlər