Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 2016-cı ilin noyabr ayı ərzində aparılan abadlıq-quruculuq işləri haqqında məlumat

01 dekabr 2016 | 11:00

Əhalinin su və kanalizasiya sahəsində mövcud olan problemlərinin aradan qaldırılması məqsədilə 2016-cı ilin noyabr ayı ərzində rayonun müxtəlif ərazilərində 154 p/m su xətti quraşdırılıb və təmir olunub, 284 ünvanda su və 426 ünvanda kanalizasiya xəttlərində qəzalarının qarşısı alınıb, 385 p/m kanalizasiya xətti dəyişdirilib, 3560 p/m kanalizasiya xətti təmizlənib.        
14 açıq tipli qaz sızması aradan qaldırılıb, 249 ədəd mexaniki sayğac “Smart-kart” tipli qaz sayğacı ilə əvəz edilib.
4 müxtəlif ünvanda qaz tənzimləyici məntəqə quraşdırılıb, Binəqədi-Biləcəri (DSK) yolunda yeni çəkilmiş PE315 mm-lik L-600 p/m uzunluqda yeraltı qaz xətti istismara verilib.
15 noyabr 2016-cı il tarixində istilik mövsümünün başlanması ilə əlaqədar yaşayış binaları, təhsil müəssisələri, səhiyyə obyektləri, uşaq bağçaları və digər təşkilatlar istiliklə təmin olunub.
Yaşayış binalarının zirzəmisində aşağı paylayıcı xətlərində 25, 32 və 75 mm-lik pvc ventillər və borular yenisi ilə əvəz olunub.          
Biləcəri qəsəbəsi, məhəllə 5057/68 ünvanında yerləşən 253 saylı qazanxanadan çıxan istilik xəttinin budaqlanmasında d=108 mm 14 p/m istilik xətti dəyişdirilib.
R.İsmayılov 9 ünvanda yerləşən 270 saylı qazanxananın 1 ədəd qidalandırıcı nasosu, Biləcəri qəsəbəsi, Natavan 13 ünvanında yerləşən 275 saylı qazanxanada 1 ədəd su yumşaldıcı qurğu təmir olunub.
9-cu mikrorayonda məcburi köçkünlərin yaşadığı binaya L=150 metr ölçüdə, 7-ci mikrorayonda 28 və 8-ci mikrorayonda 7 saylı binalara L = 200 metr ölçüdə yeni kabel xəttləri çəkilib.    
F.Rüstəmov küçəsində 40 mənzilə yeni “SİP” xəttləri çəkilib, Naxçivani küçəsi 1a və 8-ci mikrorayonda 34 saylı binalarda paylayıcı şitlərdə 400A ayrıcılar quraşdırılıb.
Rəsulzadə qəsəbəsi və  Çermet ərazisində köhnə KTM-in əvəzinə yeni 630 kv KTM-lər quraşdırılıb.
8-ci mikrorayonda 18 saylı liseyin 0,4 kv-luq kabel xətti əsaslı təmir olunub, Mədəni-Maarif  texnikumunun yataqxanasında 0,4 kv-luq hava xətti əsaslı təmir olunub, 7-ci mikrorayonda 76 saylı binada əhali üçün yeni SMS sayğaclar quraşdırılıb.
Azadlıq prospektində ikinci yolun yenidən qurulması işləri davam etdirilib, 16 saylı binanın arxası abadlaşdırılıb.
Noyabr ayında K.Rəhimov küçəsi 53, S.Məmmədov küçəsi 207, 209 saylı 23 girişli binaların təmiri sona çatdırılıb, Azadlıq prospekti 32 saylı binanın qarşısında abadlıq işləri davam etdirilib, həyətdə əlavə olaraq 1 ədəd günlük quraşdırılıb.
Azadlıq prospekti 4 saylı binanın qarşısında yağış suyunun axıdılması üçün drenaj xətti və həyətə 425 kv metr asfalt örtüyü çəkilib.
Məhəllədaxili işıq xəttləri və dirəklərində cari təmir işləri aparılıb. Bu məqsədlə müxtəlif ünvanlarda ümumilikdə 381 ədəd lampa və 195 metr yanmış kabel dəyişdirilib.
Noyabr ayı ərzində 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi 3, 7, 11, H.Hüseynov küçəsi 23, S.S.Axundov küçəsi 8 və İ.Dadaşov küçəsi 74 saylı binaların yumşaq dam örtüyü cari təmir edilib. 
6, 8, 9-cu mikrorayonlarda yerləşən yaşayış evlərində 24 lift maşın şöbəsinin damı təmir edilərək 975 kv metr  ruberoid vurulub.
Ay ərzində rayon ərazisində mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri aparılıb, quru ağaclar təmizlənib, çoxillik güllərə qulluq göstərilib, əkilən güllərin alağı təmizlənib, vaxtaşırı suvarılıb, parklar quru ot və alaqlardan təmizlənib, ərazidə olan çəmənliklərə gübrə verilib. Eyni zamanda ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənliklərin biçilməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri mütəmadi olaraq həyata keçirilib.     

Keçidlər