Rayonun xidməti əraziləri üzrə mövcud qazanxanaların fəaliyyətinə nəzarət məqsədilə reyd-baxışlar keçirilir
“2016-2017-cı illərin payız-qış mövsümündə rayonun küçə, səki, məhəllədaxili ərazi və yollarının qardan vaxtında təmizlənməsi, ictimai nəqliyyatın hərəkətinin nizamlanması, qaz, su, istilik və elektrik enerjisi ilə təchiz edilməsi ilə əlaqədar tədbirlər haqqında” Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 30 sentyabr 2016-cı il tarixli 208 saylı sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı xidməti ərazilər üzrə mövcud qazanxanaların fəaliyyətinə nəzarət məqsədilə reyd-baxışlar davam etdirilir.
1 dekabr tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Sakinlərin Müraciəti Xidmətinin (16-46) rəisi Anar Səfərov, MKTB-nin rəisi Azər Məmmədov, 3 saylı İstilik Sistemləri İstismar İdarəsinin rəisi Rövşən Tağıyev, aidiyyəti MKİS-lərin rəhbərləri ilə 3 saylı Rayon İstilik Qazanxana , 3 saylı İ.S.İ.S 7-ci mikrorayon, 3123-cü məhəllə, 3 saylı istilik məntəqəsi, 3 saylı İ.S.İ.S. 8-ci mikrorayon, 4 saylı İstilik məntəqəsi, 3 saylı İ.S.İ.S 8-ci mikrorayon, 3123-cü məhəllə, 3 saylı istilik məntəqəsi, 3 saylı İ.S.İ.S. 8-ci mikrorayon, məhəllə 3022-76-78,(S.Bəhlulzadə 5), 1 saylı istilik məntəqəsi, 3 saylı İ.S.İ.S, 3077-ci məhəllə, Z.Bünyadov 21, 1 saylı məntəqədə oldular və qazanxanalara baxış keçirdilər.
Keçirilən reydlərdə məqsəd qazanxanaların fasiləsiz fəaliyyətinin təmin edilməsi üçün lazım olan bütün texniki şərtlərin vacibliyi, eləcə də qaz, su, istilik və elektrik enerjisi ilə təchiz edilməsi tədbirlərinin keyfiyyətlə həyata keçirilməsi məqsədilə bütün mümkün olan vasitələrdən maksimum istifadə edilməsidir.
Hazırda 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı sərəncamdan irəli gələn digər məsələlər müvafiq tədbirlər planı üzrə icra olunur.