Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu, 300 saylı tam orta məktəbdə “Multikulturalizm ili” çərçivəsində tədbir keçirildi

02 dekabr 2016 | 11:00

1 dekabr tarixində Binəqədi rayonu, 300 saylı tam orta məktəbdə  “Multikulturalizm ili” çərçivəsində tədbir keçirildi.
Keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov, 300 saylı tam orta məktəbin direktoru İradə Xəlilova və məktəbin müəllim, şagird kollektivi iştirak etdilər.
İlk öncə tədbir müxtəlif xalqların mətbəxini əks etdirən nümunələrin nümayişi ilə başladı.
Daha sonra şagirdlərin çıxışlarında Multikulturalizm - mədəni müxtəlifliyin qorunub saxlanması siyasəti, demokratik dövlətin vahid dövlət və cəmiyyətdə müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsinə, dinc yanaşı yaşamasına, tolerantlığa yönəlmiş konsepsiyası olduğunu diqqətə çatdırıldı. Göstərilən obrazlarda ölkədə müxtəlif xalqların, mədəniyyətlərin və dinlərin sərbəst fəaliyyəti üçün tam şərait yarandığı əks edildi. O cümlədən, Azərbaycan cəmiyyətindəki unikal dözümlülük, tolerantlıq, mədəniyyətlərarası dialoq mühiti multikulturalizmin inkişaf modeli kimi dünyanın diqqətini cəlb edilməsi və Azərbaycanın multikulturalizm modelinin humanizm, tolerantlıq prinsiplərinə əsaslanması birmənalı olaraq qəbul ediliməsi məsələləri də şagirdlərin obrazlarında nümayiş etdirildi.
Şagirdlərin çıxışları yekunlaşdıqdan sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov tədbir haqqında öz təəssürratını bölüşdü və “Multikulturalizm ili” çərçivəsində məktəblərimizdə təşkil edilən bu cür tədbirlərin əhəmiyyətli olduğunu diqqətə çatdırdı.
Tədbirin sonunda xatirə fotosu çəkildi.

Keçidlər