Binəqədi rayonunda “Beynəlxalq Könüllülər Günü” ilə bağlı ASAN Tur təşkil edildi
3 dekabr 2016-cı il tarixində “Beynəlxalq Könüllülər Günü” ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN Könüllülər üçün ASAN Tur təşkil edildi.
Təşkil edilmiş ASAN Tur çərçivəsində könüllü gənclər Binəqədi rayonu ərazisinə ekskursiya etdilər və rayonun müxtəlif qəsəbələrində oldular.
Onlar ilk öncə Binəqədi qəsəbəsində yerləşən "Binəqədi IV dövr fauna və flora qəbiristanlığı", 1908-ci ildə inşa edilmiş "Məscid və minarə"də oldular, burada könüllülərə tarixi yerlər haqqında geniş məlumat verildi.
Daha sonra gənclər Biləcəri qəsəbəsində oldular, orada Güllə Yağışı abidəsini və Milli Qəhrəmanlar parkını ziyarət etdilər.
Sonra gənclər Azadlıq prospekti ilə tanış oldular və onlara yolboyu görülən işlər haqqında ətraflı məlumat verildi.
Daha sonra 6-cı mikrorayonda məscid yolu boyu ərazi ilə tanış olan gənclər “Heydər” məscidini ziyarət etdilər. Qafqazın ən böyük məscid kompleksi haqqında gənclərə geniş məlumat verildi və məscid ilə yaxından tanışlıq oldu.
Ekskursiyanın sonunda gənclər Heydər Əliyev adına istirahət parkında nahar etdilər.