Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Beynəlxalq Könüllülər Günü” ilə bağlı ASAN könüllüləri ilə görüş keçirildi

05 dekabr 2016 | 11:00

Gənclik böyük qüvvədir və müstəqilliyimizin qorunub saxlanılmasının,  gələcəyimizin  qarantıdır. Ölkəmizdə gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası və bu istiqamətdə əhəmiyyətli tədbirlərin keçirilməsi dövlət siyasətinin prioritetlərindəndir. Bu gün Azərbaycan gəncləri öz potensialına, intellektinə görə heç də digər  ölkə gənclərindən geridə qalmırlar, əksinə, irəlidədirlər. Hazırda Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünyanın istənilən  ölkəsinə nümunə ola bilər. Bu nümunələrdən biri də ASAN Könüllüləridir.
5 dekabr 2016-cı il tarixində “Beynəlxalq Könüllülər Günü” ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN Könüllüləri ilə görüş keçirildi.
Səmimi keçən görüşdə gənclər əldə etdikləri təcrübələri bölüşdülər və gənclər üçün yaradılan şəraitdən söhbət açdılar. Qeyd etdilər ki, bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən gənclər üçün geniş şəkildə proqramlar icra olunur, gənclər siyasəti uğurla davam edir və gəncliyin ölkə başçısı cənab İlham Əliyevin  ətrafında sıx birləşməsi ilə Azərbaycan daha böyük uğurlara imza  atacaqdır.
Görüşün sonunda gənclər Rayon İcra Hakimiyyəti tərəfindən onlar üçün hazırlamış tortu kəsərək, xatirə fotosu çəkdirdilər.

Keçidlər