Binəqədi Rayon İcra Hakimiyyəti və Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “MUSİQİDƏ ƏBƏDİLƏŞƏN ÖMÜR” adlı tədbir həyata keçirildi
14 aprel 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “MUSİQİDƏ ƏBƏDİLƏŞƏN ÖMÜR” adlı tədbir həyata keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, məktəbin direktoru Rövşən Məmmədov, qonaqlar, məktəbin pedoqoji kollektivi, şagirdlər və valideynlər iştirak edirdilər.
Tədbir ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.
Tədbirdən öncə Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi məktəbinin direktoru Rövşən Məmmədov qonaqları salamlayaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin incəsənət sahəsində çalışan insanlara xüsusi diqqət və qayğısından söhbət açdı, istedadlı şagirdlər, görülən işlər haqqında məlumat verdi.
Tədbirdə gənc istedadların ifasında Ümummilli Liderimizin sevdiyi biri-birindən gözəl xalq və bəstəkar musiqiləri səsləndirildi, Azərbaycan və xarici ölkə bəstəkarlarının musiqiləri ifa olundu.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova bildirdi ki, dünya şöhrətli siyasətçi, xalqımızın ümummilli lideri Heydər Əliyev xalqımızın dərin köklərə malik olan milli musiqisinin və eyni zamanda professional musiqi sənətinin gözəl bilicisi idi. Milli və professional musiqimizin dünyada tanınması, bəstəkarların, ifaçıların və musiqişünasların fəaliyyətinin yüksək qiymətləndirilməsi, yaradıcılıq evlərinin tikilməsi, maddi təminatlarının yaxşılaşdırılması, fəxri adlar, orden və medallarla təltif olunması və daha neçə-neçə bu cür əvəzsiz xidmətlər məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu fikrləri Ümummilli Liderin qayğı və diqqəti sayəsində yüksək sənət zirvələri fəth etmiş hörmətli sənətkarlarımız da dönə-dönə vurğulayırlar. Bu gün də sənət adamlarına, mədəniyyətə, incəsənətə olan yüksək diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. “Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq”, - söyləyən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan muğamının dünya səviyyəsində tanıdılmasında əməyi əvəzsizdir.