Şriftin ölçüsü :

Saytın rəngi :

14 avqust 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində RIH başçısının səyyar görüşlərində qaldırılan məsələlərin icra vəziyyəti ilə bağlı müzakirələr aparıldı

15 avqust 2023 | 18:24

14 avqust 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində RIH başçısının səyyar görüşlərində qaldırılan məsələlərin icra vəziyyəti ilə bağlı iclas keçirildi.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv  və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin  bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir. Səyyar qəbullar - əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir.

İclasda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev,  RİH başçısı aparatının şöbə müdirləri, bələdiyyə sədrləri və xidmət sahələrinin rəhbərləri ilə birgə iyul və avqust aylarında keçirilən görüşlərdə qaldırılan məsələlər barədə müzakirələr aparıldı, eləcə də onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar məsul şəxslərə və aidiyyəti qurumlara tapşırıqlar verildi.

Keçidlər