Şriftin ölçüsü :

Saytın rəngi :

14 dekabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbəsi sakinləri ilə səyyar qəbulu keçirildi

15 dekabr 2023 | 18:12

14 dekabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbəsi sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə YAP Binəqədi Rayon Təşkilatınn sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi.  Qəsəbə  sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Bineyi-Qazi küçəsində surət tənzimləyicinin qoyulması, Ələsgər Cavadov küçəsində 20-25 metr uzunluğunda kanalizasiya xəttinin əsas xəttə qoşulması, Fəxrəddin Qurbanlı küçəsi, döngə 1 ilə Əliağa Vahid küçəsinin kəsişməsində su xəttinin bərpasından sonra asfalt örtüyünün bərpası, Gülüstan küçəsi, döngə 11 ünvanında küçə işıqlarının quraşdırılması və yeni transformatorun qoyulması, Əttarlar küçəsində  kanalizasiya xəttinin yuyulması, Fəxrəddin Qurbanlı küçəsi, döngə 1 ünvanında köhnə su xətlərinin yenisi ilə əvəzlənməsi və küçə işıqlarının quraşdırılması, M.Ələkbərov küçəsində  sahibsiz heyvanların yığışdırılması, Kəlbiyev Telman küçəsindən keçən 41 saylı marşurut xəttində avtobusların sayının artırılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

 

Keçidlər