Şriftin ölçüsü :

Saytın rəngi :

14 mart 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi

14 mart 2023 | 15:00

14 mart 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi.  Qəsəbə  sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Ramiz Aboyev adına olan parkın içində kanalizasiya xəttinin bir hissəsinin tez-tez tutulması, İncəçay küçəsində sıradan çıxmış asfalt örtüyünün bərpa olunması, küçə işıqlarının çəkilməsi və içməli su təminatının zəif olması, E.Babayev 30 saylı binanın həyətində hasarın aşma təhlükəsi, Q.Musabəyov 18 saylı binanın həyətində olan ağacın budanması, Çıraq restoranın arxa tərəfində sıradan çıxmış asfalt örtüyünün bərpa olunması və Çıraq küçəsinə küçə işıqlarının çəkilməsi, Ramiz Aboyev adına olan parkın ərazisində olan bəzi işıq xətlərinin ağaclara bağlanması ilə  bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər